Güzəşt dövrünün SONU – Yeni ildən bu avtomobillər BAHALAŞACAQ

Hazırda oxunan: Güzəşt dövrünün SONU – Yeni ildən bu avtomobillər BAHALAŞACAQ

579072

Xəbər verdiyimiz kimi, elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək.
 

Milli Məclisin komitə iclasında dövlət büdcəsi müzakirəsi zamanı çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bunu əhalinin elektromobillərə olan marağının azalması ilə əlaqələndirib.


O bildirib ki, ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək.

Xatırladaq ki, 2019-cu ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə əsasən, elektromobillərin idxalı ƏDV-dən azad edilib. Daha sonra isə bu güzəşt həm də satışa tətbiq olunub.

Maraqlıdır ki, yeni ildən bu güzəştin ləğvi avtomobil bazarına necə təsir edəcək?

Bu qərar elektrik mühərikli avtomobillərə marağı azaldacaq?

Bu barədə Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev deyib ki, sözügedən avtomobillərin qiyməti artacaq:
 

“Elektrikli avtomobillərin qiymətində, təxminən, 18-20 faiz artım olacaq. Avtomobil əldə edərkən gömrük rüsumu əməliyyatlarında ödənilən vergi birbaşa qiymətin üstünə gələcək.


Bu da 20 faizədək avtomobil qiymətlərində artıma səbəb olacaq”.

Qeyd edək ki, ƏDV dövlətin mal və xidmətlərin üzərinə əlavə etdiyi 18 faizlik vergidir. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin