Bitcoinin qiyməti 100 min dollardan aşağı düşdü

Hazırda oxunan: Bitcoinin qiyməti 100 min dollardan aşağı düşdü

578956

Bitcoinin dəyəri 100 min dollar həddindən aşağı enib.

Bizim.Media xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.
 

Minimum səviyyədə aktivin qiyməti 99,01 min dollar olub, daha sonra 101,76 min dollara qədər korreksiya edilib ki, bu da ticarət gününün başlanğıc göstəricisindən 4,69 faiz azdır.


Aprel ayında ABŞ prezidenti Donald Trampın demək olar ki, bütün ölkələrdən idxala rüsumlar tətbiq etməsindən sonra, yanvarda – Trampın inauqurasiyasından əvvəl 109 min dollar səviyyəsinə qalxmış bitcoin 75 min dollardan da aşağı düşmüşdü.
 

Lakin sonradan bazarlardakı qeyri-müəyyənlik şəraitində investorlar yenidən kriptovalyutalara müdafiə aktivləri kimi maraq göstərməyə başlayıblar və bu da bitcoinin qiymətinin artmasına səbəb olub.


May ayında onun dəyəri yenidən 109 min dollara, oktyabrın əvvəlində isə tarixi maksimum olan 126 mindən çox dollara yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin