2026-cı ildə Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır

Hazırda oxunan: 2026-cı ildə Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır

578661

Növbəti il Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsalı planlaşdırılmır.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, daxili bazarda istehlak Aİ-92 markalı benzində 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma ilə proqnozlaşdırılır.

Növbəti il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında Azərbaycanda 1 067,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 2,1% artım deməkdir.
 

Hesabat dövründə ölkədə 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azdır.


Bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin