Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

Hazırda oxunan: Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

578624

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

Bizim.Media “Modern.az” saytına istinadla xəbər verir ki, bunun üçün “əsgər kartları” hazırlanıb.

Qeyd olunur ki, artıq “əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli sayta açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:

“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin