Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub

Hazırda oxunan: Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub

578591

2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 380.1 milyon manat vəsait daxil olub.

Bizim.Media rəsmi statistikaya istinadən xəbər verir ki, bu məbləğin 277.7 milyon manatı və ya 73.1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi formalaşdırılaraq, həmin qurumların büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
 

Rəsmi hesabatlara əsasən, büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və cərimələrin 81.7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin, 17.7%-i vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının, 0.6%-i isə əmək, miqrasiya və gömrük sahələrində pozuntulara görə kəsilən cərimələrin payına düşür.


Bu vəsaitlərin əsas hissəsi müvafiq orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin