Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4 faiz aralığına endirib.
Qurum həmçinin, balans aktivlərinin azaldılmasını dekabrın 1-də başa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası isə dekabrın 9-10-da keçiriləcək. 
Beləliklə görünən odur ki, FED-in qərarı ilə dollar ucuzlaşacaq.
Manatı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, FED-in qərarının manata heç bir təsiri yoxdur, milli valyutamız olduğu kimi öz  fiks qiymətində qalacaq:
“Cari ilin əvvəlindən dünya iqtisadiyyatında əsas söz sahibi olan bir çox ölkənin mərkəzi bankları uçot dərəcəsini mərhələli şəkildə azalda-azalda gedir. Bu o deməkdir ki, postpandemiyanın inflyasiya sunami dalğası artıq nəzarət altına alınıb. Bu yaxşı haldır. Belə olan halda Azərbaycanda idxal inflyasiyası artıb. İstehlak etdiyimiz ərzaq və qeyri-ərzaq məhsullarının 70-80 faizini idxal etdiyimizdən, aydın məsələdir ki, prosesdə əsas rolu da məhz idxal inflyasiyası oynayır”.
Ekspert qeyd edir ki, manat üzən məzənnə rejimində olmadığından milli valyutamız həmin inflyasiya prosesinə adekvat reaksiya verə bilmir:
“Burada digər məsələlər baş verə bilər. Belə ki, dollar digər valyutalara qarşı ucuzlaşanda, manat da avro, funt sterlinqə qarşı anoloji şəkildə ucuzlaşacaq. Yəni FED-in qərarı fonunda manatla bağlı yalnız bu dəyişiklik baş verə bilər. Bu da dollar istisna olmaqla digər valyutalara qarşı üzən məzənnə rejimini tətbiq etməyimizlə bağlıdır”.  
Rüfət Sultan, Bizim.Media  

- A-
- A
- A+
İqtisadiyyat
							08:30 / 31.10.2025
							
						Dollar kəskin UCUZLAŞACAQ – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ
						
							
								Hazırda oxunan: Dollar kəskin UCUZLAŞACAQ – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Dollar kəskin UCUZLAŞACAQ – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ							
						578049
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































