Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır – VİDEO

Hazırda oxunan: Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır – VİDEO

577753

Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək.  Ekspertlərin fikrincə, bu qərar mənzillərin qiymət artımı ilə nəticələnə bilər.

Bizim.Media xəbər verir ki, hazırda kirayə mənzil bazarı, əsasən, tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir.

Yeni qayda bu prosesi rəsmiləşdirsə də, kirayə verənlərin xərclərini artıracaq.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2026-cı ildə fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin idarə etdiyi digər daşınmaz əmlaklarda vergi 14 faizdən 10 faizə enəcək. Digər qeyri-yaşayış obyektlərində isə 14 faiz olaraq qalacaq.

Daha ətraflı AzTV-nin videomaterialında:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin