Kirayə mənzil qiymətləri artacaq - AÇIQLAMA

Hazırda oxunan: Kirayə mənzil qiymətləri artacaq - AÇIQLAMA

577148

2026-cı ilin Dövlət Büdcəsi Haqqında Qanuna əsasən, yaşayış evini kirayə verən şəxs aylıq gəlirinin 10 faizi məbləğində vergi ödəyəcək.

Hazırda 14 faizdir, amma demək olar ki ödəniş həyata keçirilmir. Səbəb isə kirayə müqaviləsinin bağlanmamasıdır.

Bunu əmlakçılar da təsdiqləyir. Onların sözlərinə görə, ev sahibləri müqavilə bağlamağa maraqlı deyillər. Müqavilə bağlananda da onlar kirayə haqqını az göstərirlər. Burda əsas məsələ nəzarətin gücləndirilməsidir.

Bəs bu nəzarət hansı formada olacaq?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Sədri Vüqar Oruc açıqlama verərək bildirib ki, müvafiq icra qurumları bu vergilərin yığılmasında çox böyük önəm verəcək.

Çünki hazırda 80 faizdən çox bu cür kirayə münasibətləri rəsmiləşdirilməyib. Bu qanunsuzdur, İnzibati Xətalar Məcəlləsinə görə 40 manata qədər cərimə etmək nəzərdə tutulub.

Bəs məcburi kirayəyə cəlb etmə qiymətləri artıracaq?

Sədr qeyd edir ki, bu artımdan sonra istər-istəməz qiymətlər artacaq. Yəni, sahibkar vergi verir deyə bu da qiymətlərə öz təsirini göstərəcək. (Yeni.Müsavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin