Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 7,4 milyon manat vəsait AYRILACAQ

Hazırda oxunan: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 7,4 milyon manat vəsait AYRILACAQ

577137

Gələn ilin büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Layihədə məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması, eləcə də bir sıra dövlət proqramlarının icrasının təmin edilməsi xərcləri üçün 2026-cı ilin dövlət büdcəsində 7,4 milyon manat vəsait nəzərdə tutulub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin