Azərbaycana yay mövsümündə gələn turistlərin sayı 5 %-dən çox azalıb

Hazırda oxunan: Azərbaycana yay mövsümündə gələn turistlərin sayı 5 %-dən çox azalıb

577128

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana 740 min 722 turist səfər edib.

Bizim.Media Report -a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % azdır.

Mövsüm ərzində ölkəyə ən çox turist Rusiyadan gəlib – 196 min 789 nəfər. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 % azalma deməkdir.
 

İkinci yerdə Türkiyədən gələnlər qərarlaşıb – 116 min 479 nəfər. Bu isə 1 il əvvələ nisbətən 8,6 % artım deməkdir.


Üçüncü yeri isə Səudiyyə Ərəbistanından gələnlər tutub. Bu ölkədən Azərbaycana 50 min 945 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3 % azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin