Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə Türkiye Perakendeciler Federasyonu arasında Niyyət Protokolu imzalanıb – FOTO

Hazırda oxunan: Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə Türkiye Perakendeciler Federasyonu arasında Niyyət Protokolu imzalanıb – FOTO

577004

23 oktyabr 2025-ci il tarixində Bursa şəhərində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) ilə Türkiye Perakendeciler Federasyonu (TPF) arasında əməkdaşlıq niyyətini əks etdirən protokol imzalanıb.

Bizim.Media xəbər verir ki, sənədin məqsədi, iki ölkə arasında pərakəndə ticarət sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, standartların və dayanıqlılıq prinsiplərinin inkişafına dəstək verməkdir.
 

Protokol çərçivəsində tərəflər, pərakəndə və ərzaq təhlükəsizliyi standartları, rəqəmsal transformasiya, istehlakçı hüquqlarının qorunması və ixtisaslı işçi qüvvəsinin hazırlanması kimi sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaq.


TŞİİB bu addımı Azərbaycan pərakəndə sektorunun beynəlxalq təcrübəyə inteqrasiyası istiqamətində atılmış əhəmiyyətli bir addım kimi dəyərləndirir.

Protokol, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və pərakəndə ticarətin modernləşməsinə töhfə verməyi hədəfləyir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin