Kirayə evlərlə bağlı YENİ TƏLƏB – Qiymətlər ARTACAQ?

Hazırda oxunan: Kirayə evlərlə bağlı YENİ TƏLƏB – Qiymətlər ARTACAQ?

576998

Xəbər verdiyimiz kimi, gələn ildən başlayaraq mənzillərini kirayəyə verənlər 10 faizlik gəlir vergisi ödəməli olacaqlar.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Evini kirayə verənlərin DİQQƏTİNƏ! 10% vergi tutulacaq


Layihə qəbul olunduğu təqdirdə, yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq.

Bəs bu addım kirayə qiymətlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirdi ki, iqtisadi baxımdan bu addımın atılmasının qiymətlərin artması və ya azalmasına hər hansı bir formada təsiri olmayacaq:

“Amma kirayə üzrə bağlanan müqavilələrin say artımına təsir göstərəcək. Əvvəlki dövrdə evin kirayəyə verilməsinə görə verginin həcmi 14 faiz idi. İndi isə 10 faizə salınır. 14 faiz olanda hökumət prosesin stimullaşdırılmasına nail ola bilmədi. Vətəndaşlar müqavilələrin bağlanmasından daha çox yayınırdı”.

Həmsöhbətimiz düşünür ki, stimullaşdırmanın daha çevik və dinamik işləməsi üçün faiz dərəcəsini maksimum 4 faiz həddinə qədər azaltmaq daha məqsədəuyğun olardı:

“Bu halda kirayə müqavilələrinin bağlanması üzrə həddi ən azından 80-90 faiz civarında təmin edə bilərik”.

“10 faizlik verginin tətbiqilə kirayə qiymətləri artmayacaq”.

Ekspertin fikrincə, kirayəyə verilən mənzillərdən 10 faizlik gəlir vergisinin tutulması kirayə qiymətlərinin artmasında elə də böyük rol oynamayacaq:

“Bu sektorda qiymət artımı onsuz da baş verir və onun səbəbləri də başqa faktorlardır. Kirayə mənzil bazarında ucuz mənzil kütləsinin azalması, şəhərsalma prosesinin sürətlənməsi, daşınmaz əmlak bazarı üzrə qiymətlərin kəskin dinamik artımı baş verdikcə, kirayə mənzil bazarında da qiymət artımları davamlı olacaq. Yəni burada vergi dərəcəsinin 14 faizdən 10 faizə salınması amili kirayə bazarı üzrə nə qiymətin azalması, nə də artmasına təkan verəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin