Kənd rayonlarında yerləşən məktəblərdə çalışan pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş gənc müəllimlərə kompensasiya ödəniləcək.
Bizim.Media xəbər verir ki, bu 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Hesablamaya görə, hər müəllim üçün müvafiq xərclərin ödənilməsinə 2 min manatdan çox vəsait ayrılacaq.
Bizim.Media





























































































