Bu şirkətlər 6 il gəlir vergisi və gömrük rüsumu ÖDƏMƏYƏCƏKLƏR

Hazırda oxunan: Bu şirkətlər 6 il gəlir vergisi və gömrük rüsumu ÖDƏMƏYƏCƏKLƏR

576970

Vergilərdən azadolmalar və güzəştlərin siyahısı artırılıb.

Bizim.Media xəbər verir ki,  bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
 

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət 2025-ci il yanvarın 1-dən 6 il müddətinə mənfəət vergidən azad ediləcək.


Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına və torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad ediləcək.

Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2030-cu ilədək gömrük rüsumlarından azad ediləcək.

Layihədə bildirilib ki, Bakı Gəmiqayırma Zavodu tərəfindən sifarişçilərə təqdim olunmuş və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq sözügedən müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranıb.
 

Layihənin qüvəyə mindiyi halda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmalar (mənfəət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.


Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti "Gömrük tarifi haqqında" Qanununa təklif olunan dəyişikliyə əsasən uzadılacaq.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin