Həm gəlirlər, həm də depozitlər AZALIR – “Yelo Bank” müflis olmaq təhlükəsilə ÜZ-ÜZƏ

Hazırda oxunan: Həm gəlirlər, həm də depozitlər AZALIR – “Yelo Bank” müflis olmaq təhlükəsilə ÜZ-ÜZƏ

576960

Haqqında çoxsaylı şikayətlər olan “Yelo Bank”ın gəlir və mənfəətində ciddi azalma müşahidə olunur.

2025-ci ilin III rübü üzrə hesabata əsasən, "Yelo Bank"ın xalis mənfəəti 24 milyon 824.83 min manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 238.43 min manat və ya 29.22% azdır. 2024-cü ilin eyni dövründə bankın xalis mənfəəti 35 milyon 63.26 min manat olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Yelo Bank”dan narazılıqlar ARTIR – Bank müştərilərin etimadını necə İTİRDİ?


Digər gəlirlər nə qədər azalıb?

Bankın qeyri-faiz gəlirləri və xalis əməliyyat mənfəəti də ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, əməliyyat mənfəəti 8.89% azalaraq 30 milyon 527.26 min manatdan 27 milyon 814.62 min manata düşüb. Qeyri-faiz gəlirləri isə 50.81% azalma ilə 24 milyon 319.19 min manatdan 11 milyon 964.08 min manata enib.

Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 51.48% azalaraq 6 milyon 597.54 min manat olub.

Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri də geriləyib. Bu gəlirlər 6 milyon 998.65 min manat və ya 51.48% azalaraq 6 milyon 597.54 min manat təşkil edib.
 

Eyni dövrdə faiz xərcləri artaraq 39 milyon 283.52 min manatdan 47 milyon 624.27 min manata yüksəlib. Qeyri-faiz xərcləri isə cüzi artım göstərərək 64 milyon 551.97 min manatdan 64 milyon 756.90 min manata çatıb.


Azalan depozitlər

Sözügedən dövrdə banklar və digər maliyyə institutlarındakı depozitlər kəskin azalıb. Belə ki, bu göstərici ötən ilin sonundakı 61 milyon 743,80 min manatdan 23 milyon 976,91 min manata düşüb. Azalma 37 milyon 766,89 min manat və ya 61,16% təşkil edib.

Fiziki şəxslərin depozitlərində artım müşahidə edilsə də, hüquqi şəxslərin depozitlərində azalma qeydə alınıb. Belə ki, hüquqi şəxslərin depozitləri 204 milyon 29.62 min manatdan 160 milyon 116.07 min manata enib.

“Vəziyyət daha da ağırlaşa bilər”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, “Yelo Bank”la bağlı sözügedən vəziyyət əsasən kredit portfelindən əldə olunan faiz gəlirlərinin və xidmət haqlarının azalması, eyni zamanda, depozitlər üzrə faiz xərclərinin artması ilə əlaqələdardır:

“Bankın fiziki şəxslər üzrə depozitlərinin artması ucuz vəsait cəlb etmək imkanlarını məhdudlaşdırıb. Mənfəətliliyin zəifləməsi “Yelo Bank” üçün kapital adekvatlığı və likvidlik baxımından müəyyən risklər yarada bilər. Hesab edirik ki, bank rəqəmsal xidmətlərdən əlavə gəlir mənbələri formalaşdırmalı və xərcləri optimallaşdırmaqla dayanıqlılığını qoruyub saxlamalıdır. Bu addımlar atılmayacaqsa, vəziyyət bir qədər də kəskinləşə bilər”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə,
bu ilin avqust ayında Azərbaycanda barəsində ən çox şikayət edilən ikinci bank “Yelo Bank” ASC olub.

Məsələ ilə bağlı “Yelo Bank”a sorğu ünvanladıq. Bankın mövqeyini dərc etməyə hazırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin