Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard dolları ötdü

Hazırda oxunan: Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard dolları ötdü

576582

Azərbaycanın strateji valyuta ehtiyatları 14,7% və ya 10,5 mlrd. artaraq bu il 81,5 mlrd. dollara bərabər olub.

Bizim.Media xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, AMB-nin valyuta ehtiyatları 11,31 mlrd. dollara çatıb.

“Ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir, bu isə kifayət qədər yüksək göstəricidir”- AMB sədri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin