Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Hazırda oxunan: Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

57246
 Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-avqust aylarında 85,5 milyon ton yük, 1 milyard sərnişin daşınıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 və 5,2 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Moderator.az -a bildiriblər ki, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,9 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 3,6 faiz artaraq 138,7 milyon nəfər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin