Ötən il Ağdamda arıçılara 52 min 360 manat subsidiya ödənilib - RƏSMİ

Hazırda oxunan: Ötən il Ağdamda arıçılara 52 min 360 manat subsidiya ödənilib - RƏSMİ

57215

Ağdam rayonunda 286 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 5236 arı ailəsi var. Dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması arıçılığa marağı artırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzi yayıb.

Mənbə qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il Ağdam rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 52 min 360 manat subsidiya ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin