Çərşənbə günü səhər qızılın dəyəri, ticarət məlumatlarına görə, möhkəmlənən dolların təzyiqi altında azalıb.
Bizim.Media “Praym” nəşrinə istinadən xəbər verir ki, çərşənbə səhərinə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 5,55 dollar və ya 0,3% ucuzlaşaraq 1 troy unsiyası üçün 1846,95 dollar olub. Gümüşün mart fyuçersləri 0,58% ucuzlaşaraq bir unsiya üçün 23,758 dollar olub.
Çərşənbə günü səhər qızılın qiyməti bir sıra digər valyutalar, xüsusən də yen qarşısında möhkəmlənən ABŞ valyutasının təzyiqi altındadır.
Dollar indeksi isə (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,02% artaraq 95,97 bənd təşkil edir.
İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin çərşənbə günü dərc olunacaq qərarını gözləyirlər.
Analitiklər hesab edirlər ki, tənzimləyici pul siyasətini sərtləşdirməyə başlayacaq və yaxın gələcəkdə uçot dərəcəsini artıra bilər. Qızıl fyuçerslərinin hesablandığı dollar bu qərarlar üzərində möhkəmlənməyə qadirdir və bu qiymətli metalı digər valyuta sahibləri üçün əlçatan edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:10 / 26.01.2022
Dollar möhkəmlənir, qızıl ucuzlaşır – BİRJANIN BU GÜNƏ OLAN MƏLUMATI
Hazırda oxunan: Dollar möhkəmlənir, qızıl ucuzlaşır – BİRJANIN BU GÜNƏ OLAN MƏLUMATI
Hazırda oxunan: Dollar möhkəmlənir, qızıl ucuzlaşır – BİRJANIN BU GÜNƏ OLAN MƏLUMATI
57172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.