"Azərbaycan və İran sərhəd-keçid rejimini sadələşdirə bilər".
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.
"Hesab edirəm ki, yeni sənaye zonaları və parklarının yaradılması, ticarət potensialının artırılması imzalanacaq sənəddə öz əksini tapacaq. Münasibətlər hər iki ölkənin maraqları nəzərə alınmaqla inkişaf etdiriləcək. Bundan başqa ölkələrimiz arasında sərhəd-keçid rejiminin sadələşdirilməsi məsələsi nəzərdən keçirilir. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı potensial var", - deyə nazir bildirib.
O əmin olduğunu bildirib ki, Azərbaycanla İran arasında əməkdaşlıq artan xətlə inkişaf edəcək:
"Biz Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlərin şahidi olmuşuq. Bugünkü səfər gələcəkdə müvafiq əməkdaşlıq sənədlərinin imzalanması üçün təməl yaradıb. Ölkələrimiz arasında mövcud tranzit potensialı inkişaf etdirilir və Astarada inşa olunacaq avtomobil körpüsü bu potensialı daha da genişləndirəcək", - deyə nazir deyib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:11 / 25.01.2022
Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
Hazırda oxunan: Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
Hazırda oxunan: Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
57044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.