"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib.
Bu barədə Bizim.Media-ya şirkətdən bildirilib.
Məlumata görə, Özbəkistanın Assaka Logistika Mərkəzindən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatar Ələt limanına çatıb.
Avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb.
Qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub. Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:56 / 25.01.2022
Özbəkistandan gələn ilk blok qatarı Ələt limanına çatdı
Hazırda oxunan: Özbəkistandan gələn ilk blok qatarı Ələt limanına çatdı
Hazırda oxunan: Özbəkistandan gələn ilk blok qatarı Ələt limanına çatdı
57014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.