“Deyirlər ki, bahalaşmanın qarşısını almaq olmur. Ə qardaş, niyə ala bilmirsən ki? Çıxıb deyirlər ki, neftimizin 1 barelini dünya bazarında 90 dollara satıram. Lap yaxşı. 90 dollara satırsansa, dizel, benzin, enerji yanacaqlarının qiymətini 25-20 % aşağı salın” deyən, AY Partiyanın sədri Anar Əsədli bildirib ki, bu metodla Azərbaycanda bahalaşmanın qarşısı alınar.
Bizim.Media xəbər verir ki, “YouTube” kanallarından birində proqram zamanı Azərbaycan Yüksəliş Partiyasının başqanı əlavə edib ki, kommunal xərclərin 25-30 % aşağı salınması da bahalaşmanın qarşısını kəsər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda pul kütləsi artıb
Bununla yanaşı, ölkədə satılan və Azərbaycanda istehsal olunmayan məhsullar da çoxdur:
“Ən çoxu qida məhsulları və dərman preparatlarıdır. Qardaş, gömrük rüsumunu minimuma endir. Deyə bilərsən ki, gömrükdən daxilolmalar azalacaq. Olsun. Amma belə etməklə iqtisadiyyatı canlı tutacaqsınız. Bu ümumi məsələlərdir. Hansı millət vəkili bunları deyir? Eləsi yoxdur”.
Videonu təqdim edirik:
Bizim.Media