Azərbaycanın qiymətli kağızlar bazarı 20% artıb

Hazırda oxunan: Azərbaycanın qiymətli kağızlar bazarı 20% artıb

56901

2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 19,5 % çoxdur.

İllik göstəricinin 8,353 milyard manatlıq hissəsi ilkin bazarda (təxminən 8,2% az), 8 526,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (67,7% çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 12 566 əqd bağlanılıb. Bu illik müqayisədə 99,6% çoxdur. Əqdlərin  2 702-si ilkin bazarın (81,2% çox), 9 864-ü isə təkrar bazarın (2,1 dəfə çox) payına düşüb.
Ötən il Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 7 287,8 milyon manatlıq hissəsi və yaxud 43,2%-i dövlət qiymətli kağızlarının, 2 395,1 milyon manatlıq hissəsi və yaxud 14,2%-i korporativ qiymətli kağızların, 7 196,3 milyon manatlıq hissəsi və yaxud 42,6%-i isə repo əməliyyatlarının payına düşüb.

Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 15,5% az,  28,6% az və 3,3 dəfə çoxdur.

2021-ci ildə bu bazarda bağlanmış əqdlərin isə 2 206-sı və yaxud 17,6%-i dövlət qiymətli kağızlarının, 6 076-sı və yaxud 48,4%-i korporativ qiymətli kağızların, 4 284-ü və yaxud 34,1%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 27%, 87,7% və 3,2 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin