Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən yeniliklər, göstərilən xidmətlərin müasirləşdirilməsi daşınmaz əmlakın qeydiyyatını sadələşdirib.
Xidmətdən Bizim.Media-ya bildirilib ki, muxtar respublikada ötən illə müqayisədə dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak sayı 20,6 faiz artıb.
2021-ci il ərzində Naxçıvan şəhəri üzrə 3216, Şərur rayonu üzrə 1346, Babək rayonu üzrə 1247, Ordubad rayonu üzrə 487, Culfa rayonu üzrə 525, Şahbuz rayonu üzrə 373, Kəngərli rayonu üzrə 231, Sədərək rayonu üzrə 78, ümumilikdə muxtar respublika üzrə 7503 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.
Qeydiyyata alınmış daşınmaz əmlak obyektləri bölmələr üzrə 2944 torpaq sahəsi, 1574 mənzil, 2762 fərdi yaşayış və bağ evi, 83 qeyri-yaşayış binası, 110 qeyri-yaşayış sahəsi, 30 əmlak kompleksi kimi müəssisədən ibarət olub.
2020-ci illə müqayisədə mənzillərin qeydiyyat sayı 54,5 faiz, fərdi yaşayış evlərinin qeydiyyat sayı isə 31,8 faiz artıb.
Daxil olmuş müraciətlər əsasında 2223 əmlaka dair texniki pasport, 3470 torpaq sahəsinə dair plan-ölçü, ümumilikdə, 5693 texniki sənəd tərtib edilib ki, bu da əvvəlki illə müqayisədə 15,3 faiz çoxdur.
Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 6724 arayış verilib. 2020-ci illə müqayisədə verilən arayışların sayı 30,5 faiz çoxdur.
Ötən il ərzində 10 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 84 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 51 ailə təsərrüfatının icarəsinə verilmiş 8,15 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:29 / 24.01.2022
Naxçıvanda dövlət qeydiyyatına alınan daşınmaz əmlakların sayı ötən il 20,6 faiz artıb
Hazırda oxunan: Naxçıvanda dövlət qeydiyyatına alınan daşınmaz əmlakların sayı ötən il 20,6 faiz artıb
Hazırda oxunan: Naxçıvanda dövlət qeydiyyatına alınan daşınmaz əmlakların sayı ötən il 20,6 faiz artıb
56845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.