“Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq”.
Bizim.Media xəbər verir ki, bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri açıqlayıb.
Agentlik məzənnənin xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcəyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan neftinin qiyməti 91 dollara düşdü
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - deyə S&P-nin analitikləri bildirib.
Bizim.Media