2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən ölkə vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 2,2 dəfə çox olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda deyilir ki, ötən il Azərbaycandan xarici ölkələrə gedən ölkə vətəndaşlarının ümumi sayı əvvəlki ilə nisbətən 16,3 % azalaraq 974,5 min nəfər olub.
O cümlədən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 %, Gürcüstana gedənlərin sayı 75,3 % azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 % artıb.
Ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 24,3 %-i Rusiyaya, 7,8 %-i Gürcüstana, 6,8 %-i İrana, 13,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.
2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 %-i hava, 28 %-i dəmir yolu və avtomobil, 3,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:18 / 21.01.2022
Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfə artdı – STATİSTİKA
Hazırda oxunan: Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfə artdı – STATİSTİKA
Hazırda oxunan: Azərbaycandan Türkiyəyə gedənlərin sayı 2 dəfə artdı – STATİSTİKA
56476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.