18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlandı – RƏSMİ

Hazırda oxunan: 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlandı – RƏSMİ

56466

2021-ci ildə 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, bu məbləğ aylıq 500 min manatdan çox, illik 6 milyon manata yaxın məbləğdir.

"Vətəndaşın məlumatı olmadan belə onun pensiyası yenidən hesablanaraq şəxsin müvafiq kart hesabına köçürülüb. Həmin şəxs vəfat etmiş olsa belə əskik yenidən hesablamadan sonra sözügedən məbləğ onun vərəsələrinə ödənilir", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin