Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov məlumat verib.
“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil.
"Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:30 / 21.01.2022
Pensiyaya vaxtından əvvəl çıxmaq istəyənlərin NƏZƏRİNƏ – Qanuna əsasən...
Hazırda oxunan: Pensiyaya vaxtından əvvəl çıxmaq istəyənlərin NƏZƏRİNƏ – Qanuna əsasən...
Hazırda oxunan: Pensiyaya vaxtından əvvəl çıxmaq istəyənlərin NƏZƏRİNƏ – Qanuna əsasən...
56462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.