Türkiyə və Azərbaycan 1 milyard avroluq valyuta svopu imzalayacaq

Hazırda oxunan: Türkiyə və Azərbaycan 1 milyard avroluq valyuta svopu imzalayacaq

56359

Türkiyə yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalamağa yaxındır.

Bizim.Media xəbər verir ki, bu barədə "Middle East Eye" məsələ ilə tanış olan Türkiyə hökumətindəki mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Türkiyə və Azərbaycan mərkəzi bankları arasında bir müddətdir valyuta svopu razılaşması üzrə aparılan danışıqlar son mərhələyə çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Mövlud Çavuşoğlu 


Təklif olunan müqavilə Türkiyənin valyuta ehtiyatlarını qorumaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svopu müqavilələrindən biridir.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə və BƏƏ arasında müvafiq olaraq 18 mlrd. dirhəm və 64 mlrd. lirə məbləğində valyuta svopu müqaviləsi imzalanıb.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin