İqtisadçı ekspert Etibar Pirverdiyevi qınadı...

Hazırda oxunan: İqtisadçı ekspert Etibar Pirverdiyevi qınadı...

56333
Son iki gündə ölkənin Şimal-Qərb və Mərkəzi Aran rayonlarında cərəyan edən küləkli-yağışlı hava şəraiti ölkənin enerji təsərrüfatının necə bərbad və mağmın durumda olduğunu göstərdi. Rayonlarda elektrik enerjisinin verilməsindəki uzun fasilələr əhalinin hiddətlənməsinə səbəb oldu...

İqtisadçı ekspert, keçmiş millət vəkili Nazim Məmmədov ölkənin enerji sektorunda yaşanan rüsvayçılıqların səbəbini Moderator.az-da şərh edib:

"Azərbaycan büdcəsinin xərclər hissəsində nəqliyyatdan sonra ikinci yerdə enerji təhlükəsizliyinə edilən yatırımlardır. 2003-cü ildən bəri elektrik enerjisinin davamlılığını təmin etmək üçün ildə orta hesabla 1 milyarddan çox vəsait xərclənib, bunun üzərinə "Bakıelektrikşəbəkə" və digər paylayıcı şəbəkələrə ayrılan 100 milyonlarla vəsaiti də nəzərə alsaq, astronomik rəqəmlər alınır. Eyni zamanda istehsal olunan elektrik enerjisinin satış qiyməti regionda ən bahalıdır, təqribən bir kvt.saatı 4 qəpiyə yaxındır və yığım faizi isə 98% -dən yuxarıdır, demək olar ki, əvvəlki illərdəki itkilər də yoxdur. Enerji kəsintisi yaşayan təkce ucqar əyalətdə yaşayanlar deyil, hətta Bakıda metropolitenden istifadə edən vətəndaşlarımız cavabını gözlədikləri sualları verməkdə davam edirlər. Azacıq külək əsəndə, şimşək çaxanda yeni təmirdən çıxmış yarımstansiyaların, elektrik stansiyalarının, transformatorların sıradan çıxması və ya çeşidli problemlər yaşaması onu göstərir ki, enerji istehsalçıları ilə paylayıcı şəbəkələr arasında sinxronizasiya yoxdur və ya çox zəifdir, idarəetmə axsaqlıqları mövcuddur, investisiya yatırımlarında ciddi mənimsəmələr olub ki, keyfiyyətli təmir, yenidənqurma aparılmayıb. Bu səbəblər də kompleks həll olunmayana qədər, anidən elektrik kəsintiləri, metropolitendə vaqonların hərəkətsiz qalmaları, küçələrdə işıqforların işləməməsinin və s. hələ çox şahidi olacağıq."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin