Dünya Bankı Azərbaycan üzrə hazırlanan strategiyanın prioritetlərini AÇIQLADI

Hazırda oxunan: Dünya Bankı Azərbaycan üzrə hazırlanan strategiyanın prioritetlərini AÇIQLADI

56201

Məşğulluq və sosial müdafiə sahələri üzrə əməkdaşlıq Dünya Bankının hazırlanmaqda olan Azərbaycan üzrə strategiyasında prioritet olaraq nəzərdə tutulacaq.

Bizim.Media xəbər verir ki, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə keçirilən “Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda tədbirdə bildirib.

Tədbirdə ölkənin əmək bazarı siyasəti və hədəfləri haqqında Dünya Bankının ekspertləri tərəfindən təqdimat edilib və Azərbaycan müvafiq nazirlikləri və inkişaf tərəfdaşları iştirak edib.

Tədbirdə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı Azərbaycanda bu sahənin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib və dövlət tərəfindən həyata keçirilən proqramlar, Məşğulluq Strategiyası və sosial sahədə islahatlar barədə məlumat verib. 

Açılış sessiyasında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, rəqəmsal iqtisadiyyata keçid əmək bazarında yeni bilik və bacarıqların və qabaqcıl təhsilin əhəmiyyətini artırır və bu məqsədlə KOBİA tərəfindən ölkə üzrə icra olunan geniş miqyaslı təlimlər mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsinə, onlara bütün zəruri xidmətlərin peşəkarlıqla və rahat formada göstərilməsinə, dəstəyin ünvanlılığının və əhatə dairəsinin genişləndirilməsinə, sahibkarlara göstərilən xidmətlərin əlaqələndirilməsinə yönəldilib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli bildirdi ki, əmək bazarının ehtiyaclarına cavab vermək üçün təhsil sektorunun çevikliyi və adaptivliyi vacib şərtdir.

Bu məqsədlə təhsilinin keyfiyyətinin artırılması və innovativ yanaşmalarının tətbiqi, xüsusilə də ölkədə rəqəmsal məşğulluğun əhatə dairəsinin artırılması, peşə təhsilinin təkmilləşdirilməsi işsizliyinin səviyyəsinin 4 %-ə endirilməsi kimi qarşıya qoyulan ambisiyalı hədəflərə nail olmağa imkan yarada bilər.

Bu sahədə Dünya Bankı və BMT-nin İnkişaf proqramı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirdi və 2022-ci ildə icra olunacaq daha 6 layihə çərçivəsində rəqəmsal məşğulluğu 90%-ə çatdırmaq hədəfinə nail olunması, eləcə də işsizliyə görə sığorta, müavinət və aşağı gəlirin kompensasiyası mexanizmlərinin fəal məşğulluğu dəstəkləməsinin əhəmiyyətini qeyd edib.
 

Tədbirdə Dünya Bankının baş iqtisadçısı Javier Sanchez-Reaza və baş sosial müdafiə mütəxəssisi Mirey Ovadiya tərəfindən Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış mövzusunda təqdimat edilib.


O,  ənənəvi sahələrin və ehtiyac duyulan bacarıqların artıq maşınlarla əvəzləndiyi bir dövrdə gələcəkdə ehtiyac duyulacaq peşələrin müəyyən edilməsi və bu sahədə digər ölkələrin tətbiq etdikləri təcrübələrə toxunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin