2021-ci ildə Azərbaycanda 262 min fermer payızlıq əkinlərinə subsidiya almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib ki, bu da 2020-ci illə müqayisədə 1,55 % çoxdur.
Bizim.Media xəbər verir ki, bunu nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Fərid Rəhimli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, ötən il əkin bəyanı edimiş sahələr də əvvəlki ilə nisbətən 3,3% artaraq 874 min hektara çatıb.
F.Rəhimli qeyd edib ki, 2021-ci ildə əkin bəyanlarının qəbulu ilə bağlı işlər 2020-ci illə müqayisədə tez yekunlaşıb:
"Bu da maarifləndirmənin nəticəsidir. Keçən il fevral-mart aylarında da payızlıq əkinlər üçün bəyanlar qəbul edirdik. Bu il isə fermerlərlə davamlı işlər nəticəsində dekabrda prosesi uğurla tamamlamışıq".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:04 / 19.01.2022
Azərbaycanda subsidiya almaq istəyən fermerlərin sayı artdı
Hazırda oxunan: Azərbaycanda subsidiya almaq istəyən fermerlərin sayı artdı
Hazırda oxunan: Azərbaycanda subsidiya almaq istəyən fermerlərin sayı artdı
56146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.