Azərbaycanda bu məhsullar bahalaşdı - Baş nazir açıqladı

Hazırda oxunan: Azərbaycanda bu məhsullar bahalaşdı - Baş nazir açıqladı

56027

"Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Baş nazir Əli Əsədov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir qiymət artımı ilə bağlı hökumətin iclasını keçirdi - FOTO


Diqqətə çatdırılıb ki, inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub:

"Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub", - deyə Ə.Əsədov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin