İpoteka və Kredit Zəmanət Fondunun 2022-ci il üzrə ipoteka kreditləri üçün limitləri aktivləşdirilib.
Bizim.Media xəbər verir ki, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri üçün İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait ötən il 80 milyon manat təşkil edirdisə, bu il bu rəqəm 20 faizə qədər artırılıb.
İqtisadçıların fikrincə, fondun təklif etdiyi ipoteka kreditlərinin daha əlçatan olması üçün bu kreditlərin şərtlərində dəyişiklik olmalıdır.
İqtisadçı Eyyub Kərimli "ARB Xəbər"ə bildirib ki, ipoteka götürmək üçün şərtlər bir az yumşaldılmalı və ipotekanın əhatəsi daha da genişləndirilməlidir:
"Bu həm Azərbaycanın regionlarını, həm də paytaxtı əhatə edə bilər. Gənc ailələrin ipotekaya əlçatanlığını təmin etmək məqsədilə şərtlərdə yumşalma olmalıdır".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:10 / 18.01.2022
İpoteka ilə ev almaq istəyənlər üçün YENİ XƏBƏR - VİDEO
Hazırda oxunan: İpoteka ilə ev almaq istəyənlər üçün YENİ XƏBƏR - VİDEO
Hazırda oxunan: İpoteka ilə ev almaq istəyənlər üçün YENİ XƏBƏR - VİDEO
55909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.