Azərbaycanda ötən il inflyasiya 6,7% təşkil edib - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda ötən il inflyasiya 6,7% təşkil edib - RƏSMİ

55786

2021-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1%, qeyri-ərzaq məhsulları üzrə 105,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8% təşkil edib.

Bizim.Media-nın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6%, əvvəlki ilin dekabr ayına nisbətən isə 112% təşkil edib.

2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6%, əvvəlki ilin dekabr ayına nisbətən 115,8% təşkil edib.

Ötən ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin dekabr ayına nisbətən 107,7% olub.

2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin dekabr ayına nisbətən 110% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin