2021-ci ildə ümumi daxili məhsulun (ÜDM) nominal həcmi proqnozdan 22,6 faiz böyük olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
2020-ci ilin sonunda ÜDM-nin həcminin 75,73 milyard manat olacağı proqnozlaşdırılsa da, ötən ilin yekununda yaradılan faktiki əlavə dəyərin həcmi 17,13 milyard manat artaraq 92,86 milyard manata çatıb.
Ümumi həcmdə böyümə ilə yanaşı adambaşına düşən məhsul istehsalında da ciddi artım baş verib. Əvvəl proqnozlaşdırılırdı ki, adambaşına düşən ÜDM istehsalı 7560 manat (4447 dollar) olacaq. Lakin ilin yekununda adambaşına düşən istehsal 9269 manata (5452 dollar) yüksəlib.
Proqonoza görə Azərbaycanda ÜDM istehsalı 93 milyard dollarlıq həcmə 2024-cü ildə çatmalı idi. Ötən il ümumi qiymət səviyyəsinin gözləniləndən çox artması, eyni zamanda neftin daha çox bahalaşması, ixracın nəzərdə tutulandan çox artması ÜDM-nin nominal həcminin kəskin artımına səbəb olub.
Yenilənmiş proqnozlara əsasən, ÜDM istehsalı 2022-ci ildə 86,6 milyard manat, 2023-cü ildə 93,18 milyard manat, 2025-ci ildə 103,65 milyard manat təşkil edəcək.
Proqnoz hazılanan zaman neftin ortaillik qiyməti 50 dollardan götürülüb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:15 / 17.01.2022
Azərbaycanda adambaşına düşən istehsal 5450 dolları ötdü – Proqnozdan xeyli çox oldu
Hazırda oxunan: Azərbaycanda adambaşına düşən istehsal 5450 dolları ötdü – Proqnozdan xeyli çox oldu
Hazırda oxunan: Azərbaycanda adambaşına düşən istehsal 5450 dolları ötdü – Proqnozdan xeyli çox oldu
55749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.