Azərbaycan Ukraynada buğda əkəcək? - Prezidentin son səfərinə deputatdan ŞƏRH

Hazırda oxunan: Azərbaycan Ukraynada buğda əkəcək? - Prezidentin son səfərinə deputatdan ŞƏRH

55547

"Azərbaycanla Ukrayna arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin hüquqi əsası da mövcuddur", - sözlərinin ardınca millət vəkili Elşad Mirbəşiroğlu 2008-ci ildə Azərbaycan və Ukrayna arasında imzalanan əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında sənəddən də bəhs edib.

Bu da iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçidi olub. Prezidentin Ukraynaya son səfərinədək iki ölkə arasında 155-dən artıq sənəd imzalanıb ki, bu da Azərbaycan-Ukrayna münasibətlərinin iqtisadi, ticari əlaqələrinin zəngin hüquqi bazasını təşkil etməkdədir.

Bizim.Media ilə fikirlərini bölüşən deputat həm də bildirib ki, Ukrayna bazarı Azərbaycanın ixrac məhsulları üçün əhəmiyyətlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nəhəng bazarı olan Ukraynadan necə BƏHRƏLƏNİR? 


Belə ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarına da Ukraynada maraq böyükdür. Ayrıca olaraq Kiyev Bakı ilə enerji sahəsində də əməkdaşlıqda maraqlıdır. Ukrayna isə inşaat malları sahəsində uğurlu ölkə olduğu üçün Azərbaycanla iqtisadi əlaqələrin qarşılıqlı inkişafı mümkündür. Millət vəkili Prezidentin Ukraynaya son səfərində imzalanan 6 sənəddən də danışıb:

"Sənədlər kənd təsərrüfatı, nəqliyyat, enerji sahələrindəki əməkdaşlığın genişləndirilməsi üçün önəmlidir. Kənd təsərrüfatı sahəsində daha geniş əməkdaşlıqla Azərbaycan həmçinin özünün ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində daha təsirli addımlar ata bilər.

Cənab Prezident xarici ölkələrdə torpaq icarəyə götürüb buğda əkməklə Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə vermək imkanlarından da danışdı.

Düşünürəm ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi fonunda Prezident İlham Əliyevin bu təşəbbüsü də nəzərə alına bilər".

Elşad Mirbəşiroğlunun fikrincə, Azərbaycan Prezidentinin Ukrayna son işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini söyləməyə əsas verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin