Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 952 mln. manat vəsait xərclənib.
Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,8% çoxdur.
2021-ci ilin təkcə dekabr ayında satışların həcmi noyabr ayı ilə müqayisədə 8,9% artsada, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 3,3% azalaraq 100,8 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:24 / 15.01.2022
Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlandı – 25 faizlik artım
Hazırda oxunan: Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlandı – 25 faizlik artım
Hazırda oxunan: Azərbaycan əhalisinin ötənilki aptek xərcləri açıqlandı – 25 faizlik artım
55538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.