"Azərenerji" ASC Kəlbəcər rayonundakı “Qaraarxac”, “Meydan-2”, “Tərtər-3”, “Tərtər-2” və “Kəlbəcər-3” kiçik su elektrik stansiyalarının (SES) yenidən qurulması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 5 açıq tender elan edib.
Bizim.Media xəbər verir ki, hər bir tenderdə iştirak haqqı 2 000 manatdır.
İddiaçılar ilkin sənədləri fevralın 28, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 9-u, saat 15:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə martın 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:15 / 14.01.2022
Kəlbəcərdə 5 kiçik SES yenidən qurulacaq
Hazırda oxunan: Kəlbəcərdə 5 kiçik SES yenidən qurulacaq
Hazırda oxunan: Kəlbəcərdə 5 kiçik SES yenidən qurulacaq
55343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.