Ötən il Azərbaycanda rekord həddə - 70 min tona yaxın fındıq istehsal olunub. Bu, Azərbaycan tarixində rekord göstəricidir.
Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə çəyirdəkli meyvələrin - gilas, şaftalı, ərik kimi məhsulların istehsalında da ciddi artım var:
“Eyni zamanda, bu il Azərbaycan ilk dəfə 15 milyon dollar civarında bostan məhsulları ixrac edib. Bu, yeni trenddir. Heyvandarlıqda isə artım dinamikası stabil şəkildə davam edir".
F.Fikrətzadə onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ən ciddi artım gözlənilən sahələrdən biri heyvandarlıq olacaq:
"Biz həmin ərazilərin hesabına ət və süd məhsulları ilə özümüzü tam təmin edəcəyik".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:14 / 14.01.2022
Fındıq istehsalında rekord GÖSTƏRİCİ – Ötən ilin statistikası
Hazırda oxunan: Fındıq istehsalında rekord GÖSTƏRİCİ – Ötən ilin statistikası
Hazırda oxunan: Fındıq istehsalında rekord GÖSTƏRİCİ – Ötən ilin statistikası
55296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.