İlham Əliyevdən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA – “İnvestorlar da görürlər ki...”

Hazırda oxunan: İlham Əliyevdən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA – “İnvestorlar da görürlər ki...”

55063

“Uzun illər ərzində manat sabitdir və ölkə əhalisi bundan faydalanır”.

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Prezident manat depozitlərinin həcmindəki artımı xüsusi vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sabah önəmli hadisə baş verəcək - PREZİDENT AÇIQLADI


“Bizdə isə ilin yekunlarına görə ixrac idxalı böyük dərəcədə üstələyib. Müsbət saldo 10 milyard dollardan çoxdur. Hər bir iqtisadiyyatla məşğul olan adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Və ilk olaraq manatın sabit qalmasına əlbəttə ki, bunun ən böyük təsiri var.

Manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir.

İnvestorlar üçün də bunun çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”, - deyə Dövlət Başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin