Azərbaycanda meyvə bağları güzəştlə sığortalanır - TARİFLƏR

Hazırda oxunan: Azərbaycanda meyvə bağları güzəştlə sığortalanır - TARİFLƏR

55008

Aqrar Sığorta Fondu ölkədə meyvə bağlarının güzəştlə sığortalanmasına başlayıb.

Bu barədə Bizim.Media-ya Fonddan bildirilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə iqtisadi məqsədlərlə ən çox əkilən meyvələr - xurma, ərik, şaftalı, albalı, gilas, alça, gavalı, heyva, alma, armud, çiyələk və nar dövlət dəstəkli aqrar sığortanın əhatə etdiyi məhsulların sırasına daxil edilib. Dövlət dəstəkli olduğuna görə, bu əkinlərin sığorta haqqının yarısını dövlət ödəyir. Sözügedən bitkilər təkcə ölkənin ərzaq təhlükəsizliyi üçün deyil, həm də xaricə ixrac baxımından mühüm əhəmiyyət daşıyır.

Sadalanan meyvələrin xaricə ixracı təkcə 2021-ci ildə Azərbaycana 180 milyon ABŞ dollarından artıq gəlir gətirib.

Aqar sığorta qaydalarına görə, meyvələr dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel, subasma, leysan, ildırım vurması, şaxtavurma, normadan artıq yağan qar yağıntıları), üçüncü şəxslərin hərəkətləri və sair risklərdən sığortalanır. Aqrar sığorta tarifləri meyvələrin növündən və əkin sahəsinin yerləşdiyi ərazidən, eləcə də seçilən sığorta zərfindən asılı olaraq dəyişir.

Baza zərfi üçün sığorta tarifləri:

albalı məhsulunda 3,36-7,31%,

alça və gavalı məhsulunda 3,49-7,62%,

alma və armud məhsulunda 3,26-7,06%,

çiyələk məhsulunda 2,76-6,14%,

ərik məhsulu üzrə 2,19-4,48%,

gilas məhsulu üzrə 3,56-7,81%,

nar məhsulu üzrə 1,62-3,08%,

şaftalı məhsulu üzrə 2,55-5,34%,

xurma məhsulu üzrə 2,14-4,36% təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin