Azərbaycanda dekabrda gündəlik xam neft hasilatı nə qədər olub?

Hazırda oxunan: Azərbaycanda dekabrda gündəlik xam neft hasilatı nə qədər olub?

54977

2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub.

Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barrel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin