Azərbaycana 8 layihə çərçivəsində 34 milyon avro YATIRIM

Hazırda oxunan: Azərbaycana 8 layihə çərçivəsində 34 milyon avro YATIRIM

54683

2021-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana 8 layihə çərçivəsində 34 mln. avro investisiya yatırıb.

Bizim.Media AYİB-ə istinadən verdiyi məlumata görə, investisiyaların həcmi illik müqayisədə iki dəfə, layihələrin sayı isə 6-dan 8-ə yüksəlib.

Nəticədə, 2021-ci ilin noyabrın 30-na bankın Azərbaycandakı aktiv portfelinin həcmi 34 layihə üzrə 801 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib.

Portfelin 88%-i (709 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 9%-i (73 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ini (20 mln.avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.
Beləliklə, AYİB bu günədək Azərbaycana 178 layihə üzrə 3,305 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,5% (2,825 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin