Bizi hələ ciddi qiymət artımları gözləyir – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bizi hələ ciddi qiymət artımları gözləyir – XƏBƏRDARLIQ

54646

“Ötən il iqtisadiyyatda rəsmi 3,9 faiz, qeyri-rəsmi isə 10 faiz geriləmə baş verib. Pandemiya nəzərdə tutulduğu kimi 2023-cü ilə qədər davam edərsə, 4 və ya 5 illik inkişafdan geri qaldıq deyə bilərik”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov iqtisadiyyatımızın ötən ildə itkiləri və ya qazancları mövzusuna münasibətində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM QƏRAR 


Onun sözlərinə görə Azərbaycan iqtisadiyyatının yeni qədəm qoyduğumuz ilə ciddi və qalıcı fəsadları oldu.

Pandemiya səbəbi ilə həm qlobal səviyyədə, həmçinin də Azərbaycanda istehsal zəncirində fasilələr yarandı:

“Bu isə özü-özlüyündə ehtiyatların tükənməsi və bir sıra iqtisadi fəaliyyətlər üzrə, dayanmalara gətirib çıxartdı. Bunun nəticəsidir ki, əksər məhsul və istehlak qiymətlərində ciddi artımlar baş verir. Əhalinin alıcılıq gücü əhəmiyyətli səviyyədə zəifləməkdədir. İndiki şərtlər daxilində bir tərəfdən gəlirlər azalır, digər tərəfdən isə dəyərsizləşir. Ən azından turizm sektorunda fəaliyyətlərin məhdudlaşdırılması, bəzi məhsullar üzrə ölkələrin ixraca embarqolar tətbiq etməsi, geriləməyə imkan verdi.
 

Bütövlükdə kiçik, orta biznes üçün likvidlik istiqamətində təzyiq formalaşıb. Təbii ki, böyük bizneslər də zərər görür. Amma onların müxtəlif alətlərdən istifadə imkanları var.


Vəsaitlər cəlb edə bilirlər, hökumətin dəstək proqramlarından, alətlərindən istifadə edə bilirlər. Kiçik, orta, mikro-biznes isə ən böyük zərər görən sahələrdən biridir”. 

Ekspert hesab edir ki, pandemiyadan Azərbaycan xalqının əldə edəcəyi məsələlər ancaq iqtisadiyyata baxışın iqtisadi idarəetməyə yanaşmanın dəyişməsi istiqamətində olacaq:

“Hökumət artıq iqtisadiyyatın liberallaşdırılması, dayanıqlı modelə keçid, qlobal iqtisadiyyatla inteqrasiyanın sürətləndirilməsi, iqtisadi bloklarda təmsilçilik, iqtisadi islahatların siyasi islahatlarla paralel təşkili kimi məsələlərdə daha ehtiyatlı və çevik davranmaq istiqamətində çağırışlarla üz-üzə qalıb.
 

Bu gün məhsulun maya dəyərinə baxmış olsaq, görərik ki, istehsal qiymətləri indeksi son 2 ildə daha kəskin şəkildə artıb. Dünya bazarlarında xammal bahalaşmaqda, transpor xərcləri isə artmaqdadır.


Yığılıb qalan təzyiq bu il və növbəti illərdə də özünü qiymət artımlarında sərt şəkildə göstərəcək. Hökumətin əhalinin alıcılıq gücünü qoruma məqsədilə həyata keçirdiyi layihələr və əməkhaqqı artımı ilə bağlı qərarlar buna müəyyən qədər təsir göstərə bilər. Ümid edirəm, Mərkəzi Bank manitar siyasətində bu məqamları nəzərə alacaq. Hökumət isə iqtisadiyyatın liberallaşma sürətini artırmaq və rəqabəti dərinləşdirməklə bazarda qiymət optimallığına təşəbbüs göstərəcək. Əks halda ciddi qiymət artımları davam edəcək”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin