"Bakı Fond Birjası"nın dövriyyəsi artdı - MƏBLƏĞ

Hazırda oxunan: "Bakı Fond Birjası"nın dövriyyəsi artdı - MƏBLƏĞ

54632

2021-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 300,75 milyon manat təşkil edib.

Bizim.Media BFB-yə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 18,6% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 11 828 olub.

BFB-nin dövriyyəsinin 47,6%-i, yaxud 7 287,806 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 15,5 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,6 dəfə azalaraq 816,611 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,3 dəfə artaraq 7 196,335 milyon manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin