2021-ci ilin dekabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 239,9 manatdan 279,9 manata çatıb.
Bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 % artım deməkdir.
Qeyd edək ki, bir müddət əvvəl ölkə başçısının imzaladığı müvafiq sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb.
Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:23 / 10.01.2022
Ünvanlı sosial yardım artımla ödəndi - YENİ MƏBLƏĞ
Hazırda oxunan: Ünvanlı sosial yardım artımla ödəndi - YENİ MƏBLƏĞ
Hazırda oxunan: Ünvanlı sosial yardım artımla ödəndi - YENİ MƏBLƏĞ
54610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.