8 ayda Azərbaycan Rusiya üzərindən neft ixracını 41,8% azaldıb

Hazırda oxunan: 8 ayda Azərbaycan Rusiya üzərindən neft ixracını 41,8% azaldıb

54091

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-avqust aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 677 min 785 ton neft yola salıb.

SOCAR-ın yayadığı məlumatda bildirilir ki, cari ilin avqust ayında Novorossiysk limanından 84 min 76 min ton Azərbaycan nefti yola salınıb.

Qeyd edək ki, cari ilin 8 ayının göstəriciləri ilə 2013-cü ilin analoji dövrünün göstəricisiləri müqayisədə Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin ixrac həcmlərinin 41,8% azaldığını göstərir.

Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton və ya illik 1 mln. 20 min ton neft nəql etməyi planlaşdırır.

Xatırladaq ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycan Rusiya üzərindən 1,751 mln ton neft ixrac etmişdi ki, bu da 2012-ci ilin nəticələrindən 15,2% aşağı nəticə idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin