Azərbaycanda taxıl ehtiyatı nə qədərdir? - ARAŞDIRMA - VİDEO

Hazırda oxunan: Azərbaycanda taxıl ehtiyatı nə qədərdir? - ARAŞDIRMA - VİDEO

54004

Dünyada ərzaq məhsullarının və logistika xərclərinin artması, COVID-19 pandemiyası və ekoloji faktorlar bir çox məhsullar kimi ərzaqlıq buğdanında qiymətinin artmasına zəmin yaradıb. 

Bizim.Media xəbər verir ki, məhsulu idxal etdiyimiz Rusiyada 2021-ci ilin dekabr ayında ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7 %, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.
 

MÖVZU İLƏ BAĞLI:

Çörək bahalaşmasını necə dayandırmaq olar? – Ekspertdən üç ÇIXIŞ YOLU


Ötən ilin dekabr ayına kimi dövlətin mövcud subsidiya mexanizmi nəticəsində Azərbaycanda 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamaq mümkün idisə, qlobal proseslər ərzaqlıq buğdanın qiymətininin artmasını zəruri edib.

Qeyd edək ki, Azərbaycanda bir il ərzində istehlak səbəti üzrə adambaşına təqribən 150 kiloqram çörək düşür. Çörək istehsalı isə 1 milyon 300 min ton olub.

Dünya Bankının məlumatına əsasən, 2021-ci ilin noyabr ayında ərzaqlıq buğdanın 1 tonunun qiyməti 334 dollar təşkil edib.
 

Bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 49,8, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 35,2% yüksəkdir.


Daha ətraflı videodan izləyin:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin