Çörək bahalaşmasını necə dayandırmaq olar? – Ekspertdən üç ÇIXIŞ YOLU

Hazırda oxunan: Çörək bahalaşmasını necə dayandırmaq olar? – Ekspertdən üç ÇIXIŞ YOLU

53969

Hökumət tərəfindən yerlərdə süni qiymt artımının nəzarətdə saxlanılması üçün artıq tədbirlərin görülməsinə başlanılıb. Çörəyin qiymətinin artması isə daha həssas məqam olduğundan bu istiqamətdə görülən işlərin intensivləşsirilməsi qərarına gəlinib.

Amma hamını düşündürən bir sual var: Dünya bazarında taxılın qiymətinin qalxmasına baxmayaraq, Azərbaycanda hökümət tərəfindən yaradılan vəziyyətə görə, ölkəmizdə çörəyin qiyməti qalxmamalı idi. Çünki dövlət illər əvvəl Taxıl Fondu yaradıb, bura milyonlarla dollar vəsait xərclənib. Bəs onda əsas səbəb nədir?

Taxıl fondunun ucuz aldığı min tonlarla taxıl hardadır? Dünya birjalarında postpandemiya dönəmində əlverişsiz şəraiti nəzərə alaraq nə etmək lazımdır?

Məsələyə Bizim.Media iqtisadçı ekspert Eldəniz Əmirovla müzakirə etdik. Mütəxəssis bildirib ki, dünya bazarlarında taxılın bir tonunun qiyməti 340 dollara çatır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda un və çörəyin qiymətinə nəzarət GÜCLƏNDİRİLDİ


Səbəblər isə...

2020-ci il pandemiya ili olsa belə avqusta olan statistikaya görə 760  milyon ton taxıl istehsal olunsa da, 2021-ci ilin eyni dövründə isə bundan 23 milyon ton az, 737 milyon ton taxıl istehsal olunub. Hər il dünya əhalisinin sayı 100 milyona yaxın artır. 2020-ci ildə olan qida qəbulu ilə 2021-ci ildə olan qida qəbulu arasında fərq var.  Çünki postpandemiya dövrü iqtisadi aktivliyin bərpası, xəstəliklər sonrası insan orqanizmin daha çox qida tələb etməsinə gətirib çıxarıb.
 

(Beynəlxalq təşkilatların hesabatında bu qeyd edilir). Bütün bunlardan sonra taxıl istehsalının da 23 milyon ton azalması hələ ötən ilin ortalarından ciddi qiymət artımına gətirib çıxardıb.  


“Dövlət olaraq neçə ildir ki, çörəyin qiymətinin qalxmaması üçün bütün vergi və digər güzəşt mexanizmlərindən istifadə edirik. Daha dəqiq desək, çörəyin qiymətinin artmaması üçün buğdanın idxalını, eləcə də un və çörək satışını ƏDV-dən azad edilib. Artıq bir ilə yaxındır ki,  un istehsalçılarına subsidiyalar verilir. Başqa sözlə, dövlət bütün mümkün dəstək formalarından istifadə edib, az qala yarım milyard manata yaxın bu istiqamətdə vəsait sərf edir və ya gəlirdən imtina edir. Amma yenə unun qiymətində bahalaşma qaçılmazdır. Ona görə ki, biz buğda ehtiyacımızın xaricdən asılılığını ciddi azalda bilmirik. Buğdaya təlabat məsələsində özünütəminat səviyyəsi 70%dən artıq olarsa, bunu qənaətbəxş hesab edə bilərik.  Amma hazırda idxaldan olan mövcud asılılıq bizi qane edə bilməz”.   

Nə qədər taxıl dövrüyyədədir?

İqtisadçı həmçinin qeyd edib ki, buğda ən strateji məhsul olduğuna görə bu məhsul üzrə olan statistika da maraqlıdır. Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın icmal ərzaq balansına görə ölkədə 1.818 milyon buğda istehsal olunub, 1.365 milyon ton buğda isə idxal edilib və 0,86 milyon ton buğda 2019-cu ildən qalıq kimi qalıb.  

“Bu qədər buğdadan istifadəyə gəlincə, 134 min ton toxum, 501 min ton mal-qara və quşlar, 2,57 milyon ton sənaye ehtiyacları üçün istifadə edilib, 87 min ton isə emal edilmədən ərzaq məhsulu kimi satılıb.  

Göründüyü kimi burada əsas təlabat 2.5 milyon ton olmaqla sənaye istehsalı üçün sərf edilib ki, bununda 80%-ə yaxını un istehsalı təşkil edir. Azərbaycanın istehsal etdiyi buğdanın həcmi onun un istehsal etmək üçün istifadə etdiyi həcmə təxminən bərabərdir. Amma istehsal edilmiş buğda qida standartlarına cavab vemədiyi üçün biz bunu heyvanlara, quşlara yediririk, un üçün isə kənardan (əsasən Rusiyadan) un idxal edirik.
 

Özümüzün istehsal etdiyimiz keyfiyyətli buğda isə təlabatımızın təxminən 55-60%-ni təşkil edir. Yerdə qalan 40-45% keyfiyyətli buğdanı isə idxal hesabına təmin edirik”.


Çıxış yolları

Eldəniz Əmirov qeyd edib ki, bu şəraitdə bizim üç yolumuz var. Onun sözlərinə görə, ya dövlət buğda siyasətində liberallaşmaya gedib heç bir müdaxilə və güzəşt etməməli və  qiymətlərin bazarın tənzimləsini gözləməlidir. Lakin dövlətin bu günki strategiyasına diqqət etsək görərik ki, bu yol, dövlət üçün qəbuledilməzdir. 

“İkinci yol güzəştlərin artırılmasıdır. Artıq sıfır faiz ƏDV olduğundan bu son həddir. Deməli, subsidayaların həcmi artırılmalı ya da digər dəstək mexanizmləri tətbiq edilməlidir.
 

Məsələn, insanlara “çörək pulu” verilməlidir. Üçüncü yol kimi isə buğda istehsalı həcmini artırmaq üçün təxirə salınmaz tədbirlər görülməlidir.


Bu zaman həm buğda istehsalı üçün ayrılmış torpaq sahələrin artımına önəm vermək, eyni zamanda keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail olmaq lazımdır. Hazırda taxıl sahələrinin 62%-nin buğda, 38%-nin arpa olduğunu nəzərə alsaq, buğdaya olan payın artırılması mümkündür. Mənim bildiyim odur ki, buna nail olmaq üçün aqroparklar, elmi-tətqiqat müəssisələri və digər strukturlar yaradıldı. Amma reallıq budur ki, nəticə gözlədiyimiz kimi olmadı”.



Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin